Millimizin rəqiblərindən autsayderlər üzərində böyük hesablı qələbə

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı “C” qrupunda 2-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın Norveç üzərində qələbəyə (1:0) sevindiyi gecədə Almaniya Çex Respublikasını, Şimali İrlandiya isə San Marinonu qəbul edib.

Bu oyunların hər ikisində meydan sahibləri darmadağınla qalib gəliblər. Keçmiş baş məşqşimiz Berti Foqtsun həmyerliləri ardıcıl ikinci 3:0 hesablı qələbə sayəsində yenidən qrupun lideri olub. Millimiz ikinci pilləyə düşüb.

Həmin kateqoriyadan