- Baxış sayı: 28
- 25 Aprel 2024 16:53
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Serbiya Super Liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Javor”la qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Branimir bu qarşılaşmanın 76-cı dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.