Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı və qələbəyə sevindi

Türkiyə PTT 1-ci liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Elazığspor”la qarşılaşıb. Matç qazianteplilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan