- Baxış sayı: 43
- 17 Mart 2024 20:30
- Baxış sayı: 68
- Mart 28, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 6 xalla 3-cü pillədə qərarlaşıb.