Millimizin sabiq üzvü 90 dəqiqə oynadı, 3 qola sevinib, 3 qola üzüldü

Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Altı qolun vurulduğu matç 3:3 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 39 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan