Millimizin sabiq üzvü Kamran Ağayevi məyus etdi

Türkiyə PTT 1-ci liqasında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə millimizin sabiq müdafiəçisi Ufuk Budağın çıxış etdiyi “Qaziantep BB” komandasının qonağı olub. Matç “Karşıyaka”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu qarşılaşmanın 88-ci dəqiqəsində Kamranın qoruduğu qapıdan məhz Budaq keçirib. Hansı ki, hər ikisi start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar.

Qeyd edək ki “Karşıyaka” 5 turdan sonra 5 xalla 13-cü, “Qaziantep BB” isə 12 xalla ikinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan