Millimizin sabiq üzvü üçün 90 dəqiqə və ilk qələbə

Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Kayseri Ərciyəsspor”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Qaziantep BB” cari mövsümdə qazandığı ilk qələbə sayəsində 5 xalla 8-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan