Millimizin üzvü “B” qrupunda 1-ci olub

Tailand paytaxtı Banqkokda yeniyetmə ağırlıqqaldıranların 7-ci dünya birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, 100-ə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi yarışda bu gün bizdən 2 nəfər körpücük üzərinə çıxıb.

56 kq-da “B” qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov mübarizə aparıblar. Adı ilk çəkilən idmançımız toplam 219 kq (94+125) nəticə ilə ümumi sıralamada 1-ci yeri tutub. Digər təmsilçimiz cəmdə 209 kq (94+115) ağırlığın öhdəsindən gələrək 6-cı olub.

 

Həmin kateqoriyadan