Millimizin üzvü Fransaya buraxılmadı

U-21 millimizin üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

Allsport.az xəbər verir ki, yığma ilə yollanan futbolçu oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmaması barəsində məlumat verməyib.

AFFA və Fransa futbol federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, “Keşlə”nin futbolçusu Tural Bayramlı ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edib.

Həmin kateqoriyadan