- Baxış sayı: 33
- 24 Aprel 2024 19:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
30 aprel – 6 mayda Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərinin ardından “sərbəstlər”in heyəti açıqlanıb.
Baş məşqçi Firdovsu Umudov Xəzərin şimal sahilinə Giorgi Edişeraşvili* (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov* (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev* (86 kq), Şərif Şərifov* (92 kq), Nurməhəmməd Hacıyev* (97 kq) və Camaləddin Məhəmmədov* (125 kq) ilə yollanacaq.
Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.