Millinin hücumçusu Moskva “Dinamo”sunda

Yığmamızın hücumçusu Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmiləşib.

Allsport.az saytı xəbər verir ki, 23 yaşlı futbolçunun “Krılya Sovetov”la müqavilə müddəti bitdiyindən, o, “ağ-mavilər”ə azad agent kimi keçib.

Tərəflər 1 illik anlaşıblar. Həmvətənimiz ötən mövsüm 20 oyuna çıxıb və 4 qol vurub.

Həmin kateqoriyadan