Millinin üzvləri Cüdo federasiyası və baş məşqçiyə qarşı çıxıblar

Gənclər və İdman Nazirliyinə hər 2 tərəfin əleyhinə anonim şikayət məktubu yazılıb

Azərbaycan Cüdo Federasiyasında gərginlik azalmaq bilmir. Allsport.az saytı xəbər verir ki, son dövrdə maaşlarını gecikmələrlə alan millinin üzvləri federasiyaya qiyam ediblər. Avstriyalı sabiq baş məşqçi Peter Zeyzanbaherin zamanında vaxtlı vaxtında məvacib, mükafat alan cüdoçularımız, indi lap əskidə olduğu günləri bir daha yaşamaq istəmirlər. Bu yaxınlarda narazı yığma komanda üzvləri federasiya rəhbərliyinə gileyləniblər. Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin elektron üzvanına anonim şikayət məktubu göndərilib. Maler@box.az-dan daxil olan yazıda ACF və millinin çalışdırıcısı, daha dəqiq desək, baş məşqçi Hacıağa Hacıəhmədovdan kəskin narazılıq ifədə olunub. Məktubu olduğu kimi dərc edirik. Yazıda böyük həcmdə qramatik səhv olduğundan, təhrifə yol vermədən düzəliş etmək məcbüriyyətində qalmışıq. Sitat:

«Salam. Xahiş edirik bizə kömək ediniz. Azərbaycan Cüdo Federasiyası cüdoya pul ayırmır. Uşaqlar maaşı gecikmələrlə alır. İdmançıların durumu çox pis vəziyyətdədir. Axırıncı, Düsseldorfda keçirilən yarış çox biabırçı oldu. İdmançılarımız 2 deqiqə güləşəndən sonra hamısı yorulurdu və uduzurdu. Problem sadəcə maddi deyil. Uşaqlar hamısı məşqçini günahlandırırlar. Onun verdiyi proqramın çox səhv olduğunu deyirlər. Bir cüdo mütəxəssisi kimi bunu sizə deyirəm. Əgər bir şey etməsəniz, AZƏRBAYCANDAKI AVROPA OYUNLARINDA BİABIRÇILIQ OLACAQ. Nəyin bahasına olursa olsun, Peter Zeyzenbaher geri qaytarımalıdır».

Mütəxəssislərin ehtimalına görə, məktubu elə yığma komanda üzvlərini yazıblar. Bu onunla əsaslandırıla bilər ki, əksər idmançıların nəinki orta, hətta ali təhsilləri özu də natamamdır. Bu üzdən, yazılarında xeyli kobud səhvlərə yol verir, müsahibələrində cümlə quruluşları yöntəmsiz olur. Əldə etdiyimiz bilgiyə görə, yığma komandanın cüdoçuları artıq baş məşqçinin işinə qarışır, hazırlıq prosesində verilən tapşırıqları düzgün olmadığını iddia edirlər. Elə məktubda bir cümlədə bu açıq-aydın qeyd olunub.

Mənbənin sözünə görə, cüdoçularımızda narazılığın baş qaldırmasına səbəb, əcnəbi xəmkarlarının mənsub olduqları milli federasiyalarda vəziyyətin davamlı ürəkaçan olmasıdır. Onlar nümünə kimi Ukraynanı misal gətirirlər. Adı çəkilən ölkənin daxilində hərb və bundan irəli gələn böhranın olmasına rəğmən, müxtəlif yaş qrupu üzrə komandalar beynəlxalq yarışlardan, təlim-məşq toplanışlarından qalmırlar.

Azerisport.az-ın yazdığına görə, etiraz aksiyası keçirərək ACF-dən maaşlarının verilməsini tələb edənlər sırasında dünya çempionu Elxan Məmmədov, bu yarışın bürün mükafatçısı Nicat Şıxəlizadə, eləcə də Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya birinciliyinin qalibi Elmar Qasımov da yer alıblar.

Həmin kateqoriyadan