“Milliyə nə dərəcədə layiq olduğumu Azərbaycanla oyun göstərəcək”

Moldovanın “Speranta” klubunun yarımmüdafiəçisi Aleksandr Maksim Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Moldova yığmasında müxtəlif məşqçilər çalışıb, hər birinin də futbola öz baxışı olub. Mənim milliyə nə dərədəcədə layiq olduğum meydanda görünəcək. Qarşıdakı Azərbaycan ilə yoxlama oyunu yığmada oynamağa layiq olub-olmadığıma aydınlıq gətirəcək. Mənim üçün birinci planda komandanın maraqlıdır. Bu is təbii ki, qələbə ilə nəticələnən yaxşı futbol sərgiləməkdir. Komandamızda atmosfer əladır. Burada hamımız bir ailə kimiyik. Uşaqların əksəriyyəti ilə müxtəlif komandalarda bir yerdə oynamışam. Ona görə də yığmada hamı bir-birini yaxşı başa düşür”.

Həmin kateqoriyadan