Mingəçevir “Kür” klubu EHF kubokunda növbəti mərhələyə adlayıb

Qadın həndbolçulardan ibarət “Nur” klubu EHF kubokunun ilkin mərhələsində İsveç “Luqi”si ilə cavab görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan oyunda qızlarımız 29:27 (15:10) hesabı ilə qalıib gəlib. 1-ci qarşılaşma 24:24 bitdiyindən, mərhələ adlayan tərəf bizimkilər olub. Matçın hakimləri ukraynanılar Marina Dupli və Yelena Kaverina, EHF nümayənsəsi Kristian Belu (Ruminiya) olublar.

Hər iki oyununu canlı izləyən AHF prezidenti sonra məşqçilər və komanda üzvləri ilə görüşüb. İnamlı qələbə münasibətilə həndbolçuları təbrik edən SalehMəmmədov bildirib ki, klubların gücləndirilməsi daim diqqət mərkəzindədir və onları inkişaf etdirmək əsas məqsədlərdən biridir.

Qeyd edilib ki, “Nur” kollektivinin daha təcrübəli rəqiblə qarşılaşması komandanın inkişafına səbəb olacaq. Görüş zamanı, həmçinin qazanılmız bütün nailiyyətlərin prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olduğu bir daha vurğulanıb.

Federasiya prezidenti qısa müddət ərzində formalaşan komandanın oyunundan razı qaldığını ifadə edərək onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Həmin kateqoriyadan