Mingəçevirdə avarçəkmə qurğusunda irəliləyişlər yüksək qiymətləndirilib

Avropa Olimpiya Komitələrinin (AOK) iki nəfər üzvü bu yaxınlarda Mingəçevir şəhərindəki avarçəkmə obyektinə etdikləri səfər zamanı orada əldə edilən irəliləyişlər barədə müsbət fikirlər söyləyiblər. Allsport.az saytı xəbər verir ki, AOK-un oyunlar üzrə baş məsləhətçisi Guido de Bondt və İrlandiyanın Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihan ərazini gəzmiş və mövcud obyektdə gedən yenidənqurma işləri barəsində son məlumatlardan xəbərdar ediliçlər.

“Burada, Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Sözügedən obyektlər şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq.”

“Birinci Avropa Oyunlarını həyata keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəkdir”.

“İşıqlar şəhəri” kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 kilometr məsafədə, çay sahilində yerləşir və Azərbaycanın avarçəkmə idman komandalarının vətəni hesab edilir. Avropa Oyunlarının tələblərinə uyğun yüksək səviyyəli standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir.

Mingəçevir şəhərindəki üç günlük yarışlar 14-16 iyunda keçiriləcək və 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında avarçəkmə yarışlarında 350-dən çox idmançı mübarizə aparacaq.

Həmin kateqoriyadan