Mingəçevirdə cüdo məşqçiləri üçün seminar

Cüdo federasiyası tərəfindən mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil olunur və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır. Allsport.az saytı xəbər verir ki, növbəti belə tədbir Mingəçevirdə baş tutub.

“Aran Qarabağ” regionunun məşqçi və müəllimləri üçün toplantı keçirilib. Seminar Mingəçevirə ezam olunmuş ACF-in regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən aparılıb.

Tədbir iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandrılıblar.

Həmin kateqoriyadan