Mingəçevirdə “Qızlar bacarır” layihəsi

AFFA və UNİCEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsində BLS təlimlərinə start verilib.

Allsport.az saytı xəbər verir ki, ilk məşğələ Mingəçevirdə keçirilib və UNİCEF-in təyin etdiyi beynalxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub.

Şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub. Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək.

Həmin kateqoriyadan