Mini futbol üzrə “Topaz” festivalı

Mini futbol üzrə “Topaz” festivalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün tədbirlə bağlı “Hilton” mehmanxanasında təqdimat təşkil olundu. Toplantıda “Caspiantech” QSC-nin nümayəndələri Əsin Ümid, Aynurə Bayramova, dünya mini futbol federasiyanın hakimlər komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Mərasimdə qeyd olundu ki, ölkədə futbolun inkişafına dəstək olacaq bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə 56 komanda, 672 iştirakçı, onlarla könüllü qatılacaq. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq. Olimpiya sistemi üzrə yarışın zona qalibi sonda Bakı finalında qarşılaşacaq. Festivalın qalibi məhz paytaxtda müəyyənləşəcək.

Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək. Festivalda hər bir iştirakçını Topaz öz hədiyyələri ilə sevindirəcək.

“Topaz” futbol festivalının keçirilməsində əsas məqsəd Azərbaycanda futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, eyni zamanda, paytaxtla yanaşı bölgələrimizdə də mini futbolun təbliğatını daha da artırmaqdır. Turnirlərin keçirilmə cədvəli aşağıdakı kimidir:

• Qusar turniri, Qusar olimpiya idman kompleksi, 28 May
• Xocavənd turniri, Xocavənd idman kompleksi, 2 İyun
• Lənkəran turniri, Lənkəran olimpiya idman kompleksi, 16 İyun
• Gəncə turniri, Gəncə olimpiya idman kompleksi, 23 İyun
• Qax turniri, Qax olimpiya idman kompleksi, 30 İyun
• Sumqayıt turniri, “Spartak” bədən tərbiyəsi idman cəmiyyəti, 7 İyul
• Final, Bakı su idman sarayı, 14 İyul

Həmin kateqoriyadan