Minsk-2019-da daha bir karateçimiz

2-ci Avropa oyunlarında bizdən daha bir karateçi iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, EKF-in qərarı ilə Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində 8 nəfər arasına daxil edilib. 

Beləliklə, 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı Minsk-2019-a 7 kimono ustamız qatılacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq).

Karate yarışı 29-30 iyunda “Çijovka-arena”da keçiriləcək.

Həmin kateqoriyadan