Mirəli Kazımov: Ümummilli liderin siyasətini uğurla davam etdiririk

İd­man hər bir mil­lə­tin sağ­lam gə­lə­cə­yə ma­lik ol­ma­sı ba­xı­mın­dan çox va­cib bir amil­dir. Gənc­lə­rin məhz bə­dən tər­bi­yə­si ilə məş­ğul ol­ma­sı on­la­rı ar­zuo­lun­maz yol­lar­dan çə­kin­di­rə bi­lər. Azər­bay­can­da əha­li­nin küt­lə­vi bə­dən tər­bi­yə­si ilə məş­ğul­lu­ğu cid­di diq­qət mər­kə­zin­də­dir. Əsa­sən də son il­lər­də bu işə da­ha çox yer ay­rı­lır.
Ümu­mil­li li­de­r hə­mi­şə xal­qın fi­zi­ki sağ­lam­lı­ğı üçün bə­dən tər­bi­yə­si­nə xü­su­si qya­ğı gös­tər­di­yi heç ki­mə sirr de­yil. Azər­bay­ca­na rəh­bər­lik et­di­yi il­lər­də Hey­dər Əli­yev res­pub­li­ka­da id­ma­nın, bə­dən tər­bi­yə­si­nin küt­lə­vi­li­yi­ni də öz çıxışlarında də­fə­lər­lə ön pla­na çə­kə­rək de­miş­dir: “Biz id­ma­nı, bə­dən tər­bi­yə­si­ni küt­lə­vi et­mə­li­yik. Gənc­lə­rin tam əksəriyyətini bu­na cəlb et­mə­li­yik, bu Azər­bay­can və­tən­da­şı­nın hər­tə­rəf­li gə­lə­cə­yi üçün tə­məl­dir. Bu­na na­il ol­maq üçün tə­bii­dir ki, la­zı­mi im­kan­lar da ya­rat­ma­lı­yıq, la­zı­mi şə­ra­it də ya­rat­ma­lı­yıq”.

Dünya şöhrətli öndərin bu siyasəti davam etdirən səmti müəyyənetmə federasiyası səbəbkarın elə öz adına yarış keçməklə, həm onun ruhunu şad edir, həm də xatirəsini əziz tutur. Ankarada Azərbaycan və Türkiyə Səmti Müəyyənetmə Federasiyalarının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və ölkəmizin Türkiyə Cümhuriyyətində səfirliyinin dəstəyi ilə ilk dəfə Heydər Əliyevə həsr olunmuş kubok mübarizəsi buna əyani sübütdur. ASMF-in prezidenti Mirəli Kazımov allsport.az saytına açıqlamasında qardaş ölkədə keçirilmiş tədbir barədə bunu söylədi:

“Məlum olduğu kimi, ümummilli lider ölkəmizin güclənməsinin özəyini qoyub. Bu gün əmin-amanlıq içində və firavan yaşamağımızda onun böyük rolu var. Heydər Əliyev idman da böyük diqqət göstərib və bu sahənin inkişafında əməyi əvəzsizdir. Digər sübut, o, Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasında böyük xidmət göstərib. Bu üzdən, onun xatirəsinə yarışın orda təşkil olunması tam qanunauyğun idi. Tədbir çərçivəsində paytaxtda Ankarada Atatürkün məzarı ziyarət edildi; Heydər Əliyevin abidəsi olundu, önü güllərlə bəzədildi. Yarışın əsas məqsədi bu gün qoyulan adddımların nəticəsini gələcəkdə görməkdir. Prinsipal mövqe bir də ondan ibarətdir ki, o parka toplaşmış müxtəlif ölkələrin nümayəndələrinə Azərbaycanın təbliğatının aparılmasıydı. Tədbir hamı tərəfindən bəyənildi. Bu işi gələcəkdə ənənəyə çevirmək firkrindəyik”.

Müsahib, Nabranda davamlı olaraq keçirilən kütləvi tədbirdən də danışdı. Bildirdi ki, hər il yarışda iştirak edənlər rəqabətdə səviyyəni daha artırır: “İçərişəhərdə, eləcə də Şabranın Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə üzrə 5-ci beynəlxalq kubok mübarizəsi yaxşı keçdi. İlbəil həm kütləvilik, həm keyfiyyət, həm də davamlı gələnlərin sayı artır. Bu yarışın müsbət amili ənənəvi olmasındadır: hamı bilir ki, hər il eyni günlərdə səmti müəyyənetmə var var. Başqa sevindirici məqam, sözü gedən rəqabətdə 80 xarici vətəndaşın olmasındaydı. Bu, həm idmanın inkişafının göstəricisi, həm də turizmin genişlənməsinə xidmətdir. Üstəlik, təqvimdə yer alan bu yarışın beynəlxalq quruma üzv olan 88 federasiyaya dəvət göndərilməsi təbliğatdır”.

Mirəli Kazımov avqustda Latviyanın Dauqavpils şəhərində keçiriləcək dünya çempionatına da toxundu. Bildirdi ki, Baltikyanı ölkəyə səfərin hazırlığı gedir: “Milli komanda mövsümün ən məsul sınağı üçün təlim-məşqini edir. Amma düzünü deyəcəyəm: ordan yüksək nəticə gözləmirəm. Bunun ciddi səbəbləri var. Birincisi, biz bu ailədə yeniyik. İkincisi, orda uzun illərdir iştirak edən Skandinaviya və digər aparıcı Avropa ölkələrin nümayəndələri var. Əvvəllər səmti müəyyən edilən yerə vaxtında çatmırdıq. Ancaq indi həmin çatışmamazlıq aradan qaldırılıb. Artıq mübarizədə disflikasiya olmuruq. Hətta deyərdim ki, bizim kimi yeni qoşulan yığma komandalardan daha yaxşı çıxış edirik. Başqa sözlə, 2-ci dərəcə ölkələri arasında rəqabətdə öz sözümüzü deməyə başlamışıq”.

Həmin kateqoriyadan