Mirəşrəf Rzazadə: Rəqiblər nə qədər güclü olsa da, sona kimi mübarziə aparacağıq

İyulun 21-də paytaxtda Avropa yeniyetmələrin yay olimpiya festivalı başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışın proqramında voleybol da yer alıb. Millinin hücumçusu Mirəşrəf Rzazadə bu məsul sınaqla bağlı fikrini aşıqlayıb:

“Festivalın başlanmasına artıq sayılı günlər qalıb. Biz bir ilə yaxındır ki, bu oyunlara hazırlaşırıq. İlk olaraq çempionatda iştirak etdik. Sonra təlim-məşqlər və bir neçə yoldaşlıq oyunları keçirdik. Qeyd edim ki, toplanışa 20 nəfər cəlb edilmişdi. Festivalda isə 12 voleybolçu ilə təmsil olunacağıq. 

Bildiyiniz kimi bizim oyunlarımız FHN İdman Arenasında keçiriləcək. Oyunlar yaxınlaşdıqca, həyacanımız artır, amma bu gözəl hisslərdir. Ölkəmizi belə mötəbər yarışlarda təmsil etmək qürurvericidir. Rəqiblər nə qədər güclü olsa da, sona kimi mübarziə aparacağıq. Bizi dəstəkləyən azarkeşləri oyunlarımızı izləməyə və bizə dəstək olmağa çağırırıq. Çünki, idmanda qələbənin böyük hissəsi azarkeşlərindir”.

Həmin kateqoriyadan