Mirabdulla Abbasov: Əsas odur ki, Avropa liqasına qədər tam hazır olaq

“Neftçi” Türkiyədə Makedoniyanın “Şkupi” komandasına qarşı sınaq oyununda 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandamızın hücumçusu Mirabdulla Abbasov görüşlə bağlı açıqlama verib.

“Komanda yığılandan ilk oyunumuz idi. Şadam ki, qol vura bildim, amma əsas odur ki, Avropa liqasına qədər hazır olaq, tam optimal formanı yığaq.

Komandada ab-hava yaxşıdır, çalışırıq məşqçilərinin bütün tapşırıqlarını yerinə yetirək”.

Həmin kateqoriyadan