Mirabdulla Abbasov “Avropa liqası muzeyi”ndə azarkeşlərlə görüşüb

Mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək Avropa liqasının finalına təbliğat çərçivəsində “Avropa liqası muzeyi”ndə “Neftçi”nin və millinin hücumçusu Mirabdulla Abbasovun görüşü olub.

Allsport.az saytı xəbər verir ki, muzey ziyarətçiləri 24 yaşlı futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.

Həmin kateqoriyadan