VİDEO
Mirabdulla Abbasov: İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq

“Neftçi” Avstriya toplanışı çərçivəsində keçirdiyi 2-ci yoxlama oyununda BƏƏ-nin “Əl Ain” klubu ilə heç-heçə edib (1:1). Allsport.az saytı xəbər verir ki, bizdən qolun müəllifi Mirabdulla Abbasovun komandanın televiziyasına açıqlama verib:

“Rəqibimiz güclü komanda idi. Çətin oyun oldu. Qol vurduğuma görə şadam. Şans qazanıb, bu gün meydana hücumçu kimi çıxdım. “Şalke” ilə keçən oyuna cinah yarımmüdafiəçisi kimi çıxmışdım.

Belə matçlarda nəticə çox da vacib deyil, əsas çempionat oyunlarıdır. Vaxtımıza az qalıb, çempionatdakı oyunlarımıza hazırlaşırıq. Hələ ilk rəqibimiz bilinmir. İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq”.

 

Həmin kateqoriyadan