Mirabdulla Abbasov: Vurduğum qolun qələbəyə yetmədiyi üçün təəssüflənirəm

“Neftçi”nin futbolçusu Mirabdulla Abbasov “Zirə” ilə oyun haqda danışıb. Allsport.az saytı xəbər verir ki, hücumçu qol vurduğu üçün sevindiyini, amma bunun komandasına qələbəsinə yetmədiyinə təəssüflənib:

“Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. Çətin olacağını bilirdim. Çünki “Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir.

Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq”.

Həmin kateqoriyadan