Mirça Rednik: Məndən sonra “Xəzər Lənkəran”a gələn Con Toşak avroliqada 1 mərhələ belə keçmədi

Rumıniya Futbol Federasiyasının nümayəndəsi Razvan Burleanu, “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Redniki “məşqçi-agent” adlandırıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, həmyerlisinin bu barədə açıqlamasına münasibət bildirərkən, Azərbaycandakı fəaliyyətini də yada salıb:

“O, məni belə adlandırıb? Nə olsun ki? Mən karyeramla bağlı bəzi məqamları yada salmaq istərdim. “Standard”da elə komanda formalaşdırmışdıq ki, qələbələr, titul qazandı. Məndən sonra orda futbolçuları 50 milyon avroya satdılar.

Vaxtilə “Dinamo”ya elələrini cəlb etdik ki, onlar sonra klubun xəzinəsinə 1,5 milyon avro qazandırdılar. Azərbaycanın “Xəzər Lənkəran” klubunda ilimə 500 000 avro qazanırdım. İki il ərzində tituallar uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandıq. Məndən sonra gələn Con Toşak avrokubokların təsnifat mərhələsində heç bir mərhələ də keçə bilmədi”.

Həmin kateqoriyadan