Misir, Mərakeş və Mozambik Azərbaycan fuzalçılarına potensial rəqibi oldu

Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında iştirak edəcək daha 3 komanda müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bunlar Misir, Mərakeş və Mozambik milliləridir.

Bununla da dünya çempionatında iştirak edəcək 20 komanda bəllidir. Daha öncə Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya, İspaniya və İtaliya mundiala vəsiqə qazanmışdı.

Hazırda DÇ-2016-nın 4 iştirakçısının adına aydınlıq gəlməyib. Onların hamısı Şimali Amerikanı təmsil edəcəklər. 3 şəhərdə təşkil olunacaq mundial sentyabrın 10-dan oktyabrın 1-nə qədər keçiriləcək.

Həmin kateqoriyadan