Missisipi və Missuri arasında dünya kuboku mücadiləsində sərbəst güləş yığmamızın rəqibləri bilinib

Aprelin 7-8-də ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib. “Sərbəstlər”dən ibarət millimiz Kuba, Qazaxıstan və Rusiya bahadırları ilə “B” qrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda çıxış edəcəklər. Yığmamız aprelin 7-də Kuba və Qazaxıstan, aprelin 8-də isə Rusiya ilə qrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız 2 dəfə – 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Həmin kateqoriyadan