Mixail Malkin bu dəfə bürünc medal qazanıb

Batut gimnastikası üzrə yığmamızın üzvləri İspaniyanın Valladolid şəhərində dünya kuboku mərhələsində iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.

Bir neçə gün əvvəl Portuqaliyada keçirilən eyni yarışda qızıl medalına sahib olan Mixail, bu səfər də uğurlu çıxışı ilə yadda qalıb. O, tamblinq cığırındakı hərəkətlərinin icrası hakimlər tərəfindən 70,900 xalla dəyərləndirilib. Bu isə ona yarışların bürünc medalını qazandırıb.

Həmin kateqoriyadan