MOK Gənclərin XII Avropa Qış Olimpiya festivalında təmsil olunub

Avstriyanın Vorarlberq şəhərində Gənclərin XII Avropa Qış Olimpiya festivalının rəsmi açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, Lixtenşteyndə və eyni zamanda, Avstriyada keçirilən festivalın açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə iştirak edib.

İdmanın 8 növü üzrə keçirilən festivala 45 ölkədən 950 idmançı, eləcə də 30 nəfərlik işçi heyət və 1200 könüllü qatılıb. Hüseynzadə festivalda qalib gələn idmançılara mükafatları təqdim edib.

Xatırladaq ki, ilk dəfə olaraq iki ölkə Olimpiya tədbirini birgə keçirib.

Həmin kateqoriyadan