Moldova üzərində qələbə ilə bir pillə irəli

Futbol üzrə Azərbaycan yığması 2015-ci ili FİFA reytinqində 114-cü pillədə başa vuracaq. Allsport.az xəbər verir ki, komandamız dekabr ayında açıqlanacaq reytinq siyahısında bir pillə irəliləyəcək.

Noyabr ayında 293 reytinq xalına malik olan komandamız Moldova üzərində bir neçə gün öncə qazandığı 2:1 hesablı qələbə sayəsində mövqeyini cüzi də olsa, yaxşılaşdıracaq. Millimizin hesabında 296 xal olacaq.

Xatırladaq ki, Azərbaycan yığması noyabr ayı üçün açıqlanan reytinq cədvəlində Bəhreynlə birgə 115-ci pilləni bölüşür.

Həmin kateqoriyadan