“Moldova yığması Bakıya gəzməyə gəlməyib”

Moldova yığmasının futbolçusu Aleksandr Onika bu gün Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçı öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Fikrimcə, ağır oyun olacaq. Amma biz meydanda var gücümüzü qoyacağıq ki, yaxşı nəticə qazanaq. Azərbaycan evdə oynayır və qələbə qazanmağa çalışacaq. Lakin biz də buraya gəzməyə gəlməmişik. Çalışacağıq ki, güclü komanda olduğumuzu isbatlayaq. Komandada ab-hava əladır. Məşqçilər bizi hər şeydə dəstəkləyirlər və psixoloji cəhətdən oyuna yaxşı hazırlamağa çalışırlar. Bu, futbolda çox vacibdir”.

Həmin kateqoriyadan