Monako müsabiqəsi: 5 könüllüyə 5 günlük səyahət hədiyyəsi

Bakı Şəhər Halqası əməliyyat şirkəti növbəti Azərbaycan qran-prisinə hazırlıq ərəfəsində və yarış ərzində yüksək fəallığı ilə seçilən 5 könüllünü formula1 Monako mükafat yarışına göndərəcək. Allsport.az saytı xəbər verir ki, ən yüksək nəticə toplayan könüllülər 25-27 mayda Monakoda təşkilatçılarla qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq yaratmaq və eləcə də Bakıda keçiriləcək növbəti formula1-də yüksək fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Bu əvəzolunmaz hədiyyəni qazanmaq istəyən hər bir könüllü yarışa qədər olan müddətdə maksimal dərəcədə fəal olmalı, sosial mediada mütəmadi olaraq könüllülük fəaliyyətinə dair paylaşımlar etməli, bütün seminar və təlimlərdə fəal iştirak etməli, yarış ərzində yüksək peşəkarlığı ilə fərqlənməli və həmçinin yekunda keçiriləcək ümumi imtahanda ən yüksək beş nəticədən birinə yiyələnməlidir.

Həmin kateqoriyadan