Monreal qran-prisinə 9 cüdoçu ilə

5-7 iyulda Kanadanın Monreal şəhərində cüdo üzrə qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 9 milli üzvü iştirak edəcək.

Bunlar kişilərdə Kəramət Hüseynov (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Murad Fətiyev (81 kq) və qadınlarda Leyla Əliyeva, Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Munxtsedev, Larisa Floriandır (57 kq). 

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazacaqlar.

Həmin kateqoriyadan