Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda həndbol və futbol yarışları

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyinin, bu ölkələrin iqtisadi-mədəni mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsada “Heydər Əliyev kuboku” uğrunda futbol və həndbol yarışları keçirilib.

Allsport.az xəbər verir ki, diplomatik nümayəndəliyin müşaviri Anar Əcəmov tədbir iştirakçılarına zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, gücləndirilməsi sahəsində misilsiz xidmətləri barədə məlumat verib, bugünkü Azərbaycanın məhz onun əsasını qoyduğu sarsılmaz təməl üzərində daha da möhkəmləndiyini vurğulayıb. Heydər Əliyevin ölkəmizdə idmanın və gənclərin inkişafına xüsusi əhəmiyyət verdiyi və bunun nəticəsində Azərbaycanın bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Azərtac.az-ın məlumatına görə, sonda Azərbaycanın Anar Əcəmov, Azərbaycan-Monteneqro iqtisadi-mədəni mərkəzinin direktoru Seyran Mirzəzadə, “Nova Banka”nın direktoru Kamran Məmmədov, Monteneqronun tanınmış idmançısı Qoran Cukanoviç tərəfindən qaliblərə mükafatlar təqdim edilib.

Həmin kateqoriyadan