Moskva Halqasında ilk fəxri kürsü

2.2 kateqoriyalı “Moskvanın 5 halqası” veloturu start götürüb. Allsport.az saytı xəbər verir ki, 23 komandanın mübarizə apardığı yarışda “Synergy Baku” 6 idmançı ilə təmsil olunur.

Rusiya paytaxtına Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə yollanan komanda üzvərimizdən 1-ci mərhələdə ən yüksək nəticəni adı 3-cü çəkilən velosipedçi göstərib. O, 156,8 km məsafəni 3-cü sırada tamamlayıb.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163.2 km məsafə qət edəcəklər. Yarışa mayın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan