Moskva karate1 premyer liqasına böyük heyətlə

4-6 oktyabrda Moskvada karate1 premyer liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa 85 ölkədən 642 kimono ustası qatılacaq. WKF-in ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində 20 idmançımız mübarizə aparacaq. 23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançımız turnirdə çıxış edəcək.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin QKandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev və Tural Ağalarzadə (hər üçü- 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata çıxışlarına qatılacaqlar. AMKF-in prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi nümayəndə heyətində vitse-prezident Rəhman Hətəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev də yer alıblar.

Həmin kateqoriyadan