Moskva karate1 premyer liqasında Rafael ilə İrina qızıl, Nuranə bürünc medal qazanıb

Millimiz Moskvada karate1 premyer liqasında uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, yarışa 85 ölkədən 642 kimono ustası qatılıb. Bizimkilər 3 medal qazanıblar.

Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) fəxri kürsünün ən yüksək pillsinə qalxıblar. 50 kq-da Nuranə Əliyeva bürünc medal uğrunda görüşdə yaponiyalı Endo Çinatsuya qalib gəlib.

Həmin kateqoriyadan