Moskva vilayətində olimpiya çempionumuzun adına qılıncoynatma zalı açılıb

Moskva vilayətində həmyerlimiz İlqar Məmmədovun şərəfinə qılıncoynatma zalı istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, açılışda Rusiyanın tanınmış idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbirdə AQF-in müşaviri, səbəbkarın atası Yaşar Məmmədov da çıxış edib.

Xatırladaq ki, İlqar Rusiya millisinin baş məşqçisidir. Rapira növündə 2 dəfə olimpiya (Seul-1988; Atlanta-1996) və dünya çempionu (1989) olub. Uğurlarına görə prezident Vladimir Putun tərəfindən yüksək mükafatlarla təltif edilib.

 

Həmin kateqoriyadan