Mövsümdə yeni rekord

Topaz premyer liqasında mövsümün yeni rekordu qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu, 15-ci turun “Qarabağ” – “Neftçi” oyununda təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilən 6-cı turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi. Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” – “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə, 15-ci turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı 6-cı turdakından 280 nəfər çoxdur.

Həmin kateqoriyadan