Mövsümü açdılar

AFFA-nın inzibati binasında lisenziyalaşdırma qrupunun premyer liqa və 1-ci divizionda çıxış edən klub nümayəndələri üçün 2020-2021-ci il lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda paket sənədlərdə və lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər barədə məlumat verilib. Həmçinin ötən mövsümün icmalı təqdim olunub və lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirləri haqqında müzakirələr aparılıb.

İclasın sonunda lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıblar.

Həmin kateqoriyadan