Mövsümün ən böyük hesablı qələbəsi Gəncədə qeydə alındı, “Neftçi” yenə “Keşlə”dən üstün oldu

Bu gün premyer liqada 13-cü tur başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib. Turun açılış matçı Gəncədə baş tutub.

“Kəpəz” evdə “Qəbələ”ni qəbul edib. Bu matçda qonaqlar rəqibin qapısından 6 top keçiriblər. “Sarı-göylər”in gücü yalnız 1 təsəlli qoluna yetib. Beləliklə, yeni baş məşqçi Yunis Hüseynov debüt oyununda üzüntü yaşayıb.

Günün digər qarşılaşmasında “Neftçi” son dövrdə yaxşı gününü yaşamayan “Keşlə”ni məyus edib – 3:1.

Həmin kateqoriyadan