Mövsümün 150-ci qolu, kapitanın ilk dublu

Topaz premyer liqasında mövsümün 150-ci qolu vurulub. Allsport.az saytı xəbər verir ki, buna “Neftçi” – “Keşlə” görüşündə hesabı açan Emin Mahmudov nail olub.

Bu çempionatda ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail” ilə 6-cı turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər 2 qolunu vuran Emin karyerasında ilk dublu rəsmiləşdirib.

Həmin kateqoriyadan