Mövsümün son cıdır yarışına yekun vurulub

Bu gün mövsümün son cıdır yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, turnirdə ümumilikdə 39 at iştirak edib.

2 yaş ingilis atların iştirakı ilə keçirilən qızıl tac kuboku uğrunda 1600 metr məsafəyə qaçışda birinci yerin qalibi “Batumi Ridinq Club”un sahibi olduğu “Frankel” ləqəbli at olub. İkinci yeri “Arzu” AİK-də “Maqma” ləqəbli at, üçüncü yeri isə “Omar” AİK-in sahibi olduğu “Babi” ləqəbli at tutub.

İkinci qaçışda 3 yaş Qarabağ və Dilbaz atlar 1600 metr məsafəyə qaçışda “bağlanış kuboku” uğrunda mübarizədə öz güclərini sınayıb. Birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Çalxanqala” ləqəbli at tutub. “Xan qızı” ləqəbli at ikinci yerlə kifayətlənib. Üçüncü yeri isə Tatlıyev Əlinin sahibi olduğu “Zaman” ləqəbli at tutub..

Üçüncü qaçış 3 yaş və yuxarı ərəb atların “əlvida kuboku” uğrunda mübarizəsi ilə davam edib. Bu yarışda 1-ci və 2-ci yerləri müvafiq olaraq, “Günay” AİK-in sahibi olduğu “Miss Dahes” və “Qraf” ləqəbli atlar tutub. Üçüncü yeri isə “Omar” AİK-in sahibi olduğu Nabab ləqəbli at qazanıb.

Dördüncü qaçış 3 yaş ingilis atların 2000 metr məsafəyə “bağlanış kuboku” uğrunda yarışı ilə davam edib.

Yarışda birinci və ikinci yerlərin qalibləri müvafiq olaraq, “xan-xan” AİK-in sahibi olduğu “Naxçıvan” və “Miss Mambo” ləqəbli atlar olub. Üçüncü yerdə isə Ənsərov Elşənin sahibi olduğu “Lucky Strike” ləqəbli at tutub.

Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atların Əlvida Kuboku uğrunda 2400 metr məsafəyə qaçışında İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at birinci yerə yiyələnib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” və “Zirvə” ləqəbli atlar tutub.

Cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı ingilis atlar arasında olub. Bu yarışdaingilis atlar 2400 metr məsafəyə “Əlvida Kuboku” uğrunda yarışıb. Turnirin nəticəsinə görə birinci yerin qalibi İbrahimov Ramizin sahibi olduğu “Kənanın Kralı ” ləqəbli at, ikinci və üçüncü yerlərin qalibi müvafiq olaraq, “Omar” AİK-in sahibi olduğu “Mr. Tornado” və “Atilla” ləqəbli atlar olub.

Bütün yarışların qaliblərinə Azərbaycan atçılıq federasiyasının vitse-prezidenti Elşad Abbasov kuboklar və diplomlar verib. Yarışın ümumi mükafat fondu 24500 AZN təşkil edib.

Həmin kateqoriyadan