Mövsümün sonuncu cıdır yarışı

Noyabrın 3-də Binə atçılıq mərkəzində mövsümün sonuncu cıdır yarışı keçiriləcək. Allsport.az xəbər verir ki, bağlanış tədbirində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunacaq. Yarış günü cıdır üzrə 40-dan artıq yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın atın iştirakı gözlənilir.

ARAF ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün davamlı olaraq bu növ yarışlar təşkil edir. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq bu cür tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.

İlk dəfə olaraq federasiyanın təşəbbüsü ilə yarışa Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunub və onlara öz yorğa atları ilə yarışlarda iştirak etmək üçün imkan yaradılacaq.

Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondu kimi qaliblərə ümumilikdə 24 min 500 manat mükafat verilməsi nəzərdə tutulub. Eyni zamanda, yorğa yarışlarının qaliblərinə isə medallar və diplomlar veriləcək.

Qeyd edək ki, tamaşaçılar üçün girişin sərbəst olacağı yarış saat 11:00-da başlayacaq.

Həmin kateqoriyadan