Müarəm Müarəm: “Sent-Etyen” və “İnter”lə matçlar çox çətin olacaq

“Qarabağ” klubunun futbolçusu Müarəm Müarəm sportinfo.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, yarımmüdafiəçisi Avroliqada vəziyyəti dəyərləndirib, gələcək imkanlardan danışıb. O, Premyer liqada “Bakı” ilə qarşılaşacaqları matça da toxunub.

– Məşqlər necə gedir?

– Hər şey qaydasındadır. Bir neçə əskiyimiz var. Milli komandaya gedən oyunçularımızı deyirəm. Onlardan başqa hamı məşqdədi. Şükür Allaha, zədə barəsində bir sıxıntımız yoxdur. Qarşıdakı matçlara hazırlanırıq.

– “Dnepr”lə oyundan sonra hamınız çox üzgün görünürdüz. Bu məğlubiyyəti unuda bildinizmi? 

– “Dnepr” məğlubiyyətini unutduq desək, yalan olar. Mən öz adıma danışıram. Məncə, digər futbolçularımız da bu cür düşünür. Qazanacağımız və ya bir xal alacağımız oyun idi. Ancaq istədiyimiz kimi olmadı. İkinci yarı çox da yaxşı oynamadıq. Hər halda, biz önümüzə baxmalıyıq. Bir oyunla hər şey bitmir. Daha çox bu cür oyunlar olacaq. Tez bir zamanda “Dnepr” matçını unutmağımız lazımdı.

– “Qarabağ”dan milliyə gedən çox oyunçu var. Millimizin Norveç matçı haqda nə düşünürsünüz?

– Bəli, bizdən milliyə gedən oyunçular var. İnşallah yaxşı nəticə ilə qayıdarlar. Norveç yığması haqda məlumatım yoxdu. İndiki zamnada hər bir komanda istənilən rəqibə qarşı oynaya bilər. Azərbaycan millisi də bunu bəzi rəqiblərinə qarşı oyunlarda bunu göstərmişdi. Hamı ən yaxşı şəkildə Norveç matçında işinin öhdəsindən gəlsə, yaxşı nəticə olacaq.

– “Qarabağ”ı 12-ci turda “Bakı” ilə oyun gözləyir….

– “Bakı” pis komanda deyil. Onsuzda, onların son vaxtlar klubdakı sıxıntıları önəmli deyil.. Bizimlə 2:2 oynayaraq hər şeyi onsuzda göstərdilər. İndi də yaxşı hazırlanırlar. “Bakı” ilə matçı ən yaxşı şəkildə bitirmək istəyirik. İnşallah, qalib gələn tərəf də biz olarıq.

– “Qarabağ” üçün avrokuboklar həyəcanı da davam edir. Qarşıda “Sent-Etyen” və “İnter” matçları var. Sizcə, bu görüşlərdən altı ya 4 xal götürmək mümkündür?

– “Sent-Etyen” və “İnter” matçlar çox çətin olacaq. Çünki hər iki rəqib çox güclüdür. Bu oyunlardan sonra hər şey bəlli olacaq. Biz ən yaxşısını etməyə çalışacağıq.

– Növbəti tur şansınızı necə dəyərləndirirsiniz?

– Bu haqda danışmaq tezdir. Önümüzdəki oyunlara baxacağıq. “Sent-Etyen” və “İnter” matçını qazansaq onsuzda növbəti turda olacağıq. Ona görə də öncə oynamaq lazımdı, sonra danışmaq.

 

Həmin kateqoriyadan