Müarəm Müarəm üçün yubiley matçı

Dekabrın 8-də Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ”-“Fiorentina” (İtaliya) qarşılaşması ev sahibinin futbolçusu Müarəm Müarəm üçün yubiley matçı olacaq. Allsport.az saytı xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın heyətində 25-ci avrokubok matçını keçirəcək.

Bu görüşədək o, dəfə fərqlənib. Qollardan biri Çempionlar Liqasında, üçü isə avroliqada vurulub. “Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə 2013-2014-cü ildə debüt edən M.Muarrem Çempionlar Liqasında beş, Avropa liqasında 19 görüş keçirib.

Həmin kateqoriyadan