“Münhen 1860” milli futbolçumuzun komandasını darmadağın edib

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası səfərdə “Münhen 1860” ilə qarşılaşıb.

“Ersgebirge” bu matçda biabırçı məğlubiyyətlə üzləşib – 2:6. Futbolçumuz görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. “Ersgebirge” 11 turdan sonra 10 xalla 18 klub arasında 15-ci pillədədir.

Həmin kateqoriyadan