Müstəqil Azərbaycan şahmatı tarixində ilk – Şəhriyar Məmmədyarov dünya reytinqində 3-cü yerə yüksəldi!

FIDE şahmatçıların cari ilin dekabr ayı üçün əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yeni siyahıda Şəhriyar Məmmədyarov (2799) bir qədər də irəliləyib. 3-qat Avropa çempionumuz karyerasında və müstəqil Azərbaycan şahmatı tarixində ilk dəfə 3-cü yerə yüksəlib.

Digər qrossmeysterlərimizdən Teymur Rəcəbov (2748) 17-ci, Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədədirlər.

Reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2837) başçılıq edir.

Həmin kateqoriyadan