Nadejda Konovalova: Qəbələ məni həqiqətən təəccübləndirdi

“Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Mən qızıl medalımı məhz bu yarışda qazandım. Buna görə özümü xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi, lakin mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələnin təbiəti çox xoşuma gəldi. Azərbaycana ilk dəfədir gəlirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Azərtac.com-a müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə 3-cü beynəlxalq qran-prinin qalibi, Rusiya idmançısı Nadejda Konovalova deyib. O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayaraq deyib:

“Buranın insanları çox qonaqpərvərdir. Üstəlik, Qəbələdə mənzərəli, görməli yerlər çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

Həmin kateqoriyadan